Mandrake Linux

Qurulum Təlimatları

Lazımi konfiqurasiya

Mandrake Linuxyi qurmaq, əsasən, CDROM sürücünüzə CDnizi taxmaq və bilgisayarınızı təzədən başlatmaqdan ibarətdir. Lütfən 1ci bölməyə baxın.

Aşağıda Mandrake Linux qurulum yolları düzülmüşdür:

  1. Sistemi Direkt CDdən Açaraq
  2. Qurulum Proqramını MS-DOSdan İşə Salaraq
  3. Windowsu İstifadə Edərək bir Açılış Disketi Yaradaraq
  4. Digar Qurulum Yolları


1. Direkt CDdən Açaraq Qurulum

Qurulum CDsi sisteminizi aça bilər. Əsasən, sadəcə olaraq CDROMu sürücüyə taxmaq və sistemi təzədən başlatmaq kifayətdir. Bundan sonra ekranda çıxacaq qeydləri izləyin: Enter düyməsinə basaraq qurulumu başlada bilər, F1 düyməsinə basaraq da kömək ala bilərsiniz.

QEYD:

Bə'zi diz üstü bilgisayarlarda sistem CDdən açılmaya bilər. O zaman bir açılış disketi hazırlamanız lazımdır. Bu mövzu üçün lütfən 3cü bölməyə baxın.

[səhifənin başına]


2. Qurulum Proqramını MS-DOSdan İşə Salmaq

Bilgisayarınızda MS-DOS qurulu isə, qurulum proqramını heçbir disketə ehtiyac duymadan, direkt CD üstündən işə sala bilərsiniz.

Unutmayın ki, bu Windows üstündə işləyən bir DOS pəncərəsindən edilməz. Windows ME altında da eyni vəziyyət olur.

Bunu etmək üçün aşağıdakiı əmr köməsini istifadə edin. (CD sürücünüzün hərfinin D: olduğu düşünülür):

C:\> D:
D:\> cd \dosutils\autoboot
D:\dosutils\autoboot> autoboot.bat

[səhifənin başına]


3. Windows üzərindən bir Açma Disketi Yaratmaq

Bilgisayarınız CD sürücüylə açılmırsa və əvvəlki bütün yollar istifadə edilə bilmirsə, aşağıdakı açıqlamalar yolu ilə Windows altında bir açma disketi yarada bilərsiniz:

Quruluma başlamaq üçün CDROMu və yaratdığınız disketi sürücülərinə yerləşdirin və bilgisayarınızı təzədən başladın.

[səhifənin başına]


4. Digər Qurulum Yolları

Hərhansı bir səbəblə əvvəlki yolların heçbiri ehtiyacınıza cavap vermrsə (məsələn network üstündan qurulum, ya da pcmcia avadanlıqlarından qurulum üçün), bir açma disketi yaratmalısınız :

xxxxx.img açılış disketi görünüşləeri :

blank.img de çəkirdək qurulumunu xüsusiləşdirmək üçün istifadə edilən disket görünüşüdür.

[səhifənin başına]


Hərhansı bir səbəblə qrafik araüz qurulumla əlaqədər bir problem olarsa, mətn təməlli qurulum yolunu da istifadə edə bilərsiniz. Bu yolu istyifadə etmək üçün, qurulumun ilk ekranında F1e basın, sonra da əmr sətirinə text yazın.

Kurulu vəziyyətdəki Mandrake Linux sisteminizi hərhansı bir problem sırasında qurtarma modunda aça bilmək üçün CDROM sürücünüzü (ya da açma disketinizi) yerləşdirərək sisteminizi təzədən açıb, qurulumun ilk ekranında F1e basın və əmr sətirinə rescue yazın.

Daha çox texniki bilgi üçün http://www.linux-mandrake.com/drakx/README ünvanına müraciət edə bilərsiniz.


Aşağıda qurulumun ana bölmələri sıralanmışdır:

  1. Qurulum CDsini (ya da lazımsa açma disketinizi) sürücüyə yerləşdirin və sistemi təzədən başladın.
  2. Mandrake Linux ekranı çızdığı zaman Enter düyməsinə basın və qeydləri diqqətlə oxuyun.
  3. Qurulum bitdiyi zaman CDROM çıxarılacaqdır (Disketlə açdınız isə disketi sürücüdən çıxarın.); bilgisayarınız qapanıp açılacaqdır. Bu olmazsa özünüz qapatıb açın.
  4. Mandrake Linux açılacaqdır. Açılışdan sonra, qurulum sırasında göstərdiyiniz bir istifadəçi, ya da "root" istifadəçisi olaraq sistemə girin.

Vacib qeyd:

"root" hesabı Linux sisteminizdə hər cür işi görmək üçün lazımi bütün icazəlarlə sahibdir. Linuxunuzun quraşdırılması ya da idarəsi xaricində bu hesabı heçbir şəkildə istifadə etməyin. Gündəlik istifadə üçün "userdrake" aracısı, ya da "adduser İSTİFADƏÇİ""passwd İSTİFADƏÇİ" əmrləri ilə sıravi bir istifadəçi hesabı yarada bilərsiniz.

Mandrake Linuxylə Uğurlar!

[səhifənin başına]


Qurulum dəstəyi üçün Mandrake web səhifəsində köməkçi siyahı və FAQlara (sıx soruşulan suallar) müraciət edə bilərsiniz: